Lazerlə Vaginal Daraltma nedir?

image

Lazerlə Vaginal Daraltma nedir?

Lazerlə Vaginal Daraltma (lazerlə vaginal cavanlaşma, vaginal rejuvenasyon, lazerlə vaginaplastika) üsulu cərrahi əməliyyata nisbətən daha sərfəli hesab olunur ki, bu zaman cərrahi risk olmur.

Lazerlə Vaginal Daraltma cərrahi olmayan, anesteziya tələb etməyən, ağrısız və qanamasız əməliyyatdır. Bu üsul vaginada nisbətən gənc bir görünüş əldə edərək hər iki partnyorda cinsi həyəcanı və zövqü artırmaq məqsədi daşıyır.

 

 

Lazerlə Vaginal Daraltma nədir?

Lazerlə Vaginal Daraltma radio tezlik cihazları və CO2 lazerle icra olunur. Lazer həmçinin vajinal cavanlaşma, menopozal quruluq (atrofik vaginit) və sidikqaçırmanın müalicəsi, vulvanın rənginin dəyişməsi, vulvanın dərisinin ağardılması (intim ağarma) və orqazm müalicəsində istifadə olunur.

Lazer tətbiqetmələrdə bölgədəki kollagenin sintezini tezleşdirerek sıxlığa nail olmaqdır. Araşdırmalar lazer artdıqdan sonra toxumada lokal qan artımının olduğunu, vaginanın daraldığını və vaginadakı quruluğun azaldığını göstərir.

Vaginal daralma cinsi zövqü və özünəinam hissini artırır.

Lazerlə vaginal daraltma yoxsa cərrahi əməliyyat? Hansı daha təsirlidir?

Lazerlə vaginal daraltma cərrahi risk olmadığına görə vaginanın cərrahi daraltmasından üstündür. Lazer sidik kisəsində sallanması olmayan hallarda yaxşı işləyir, lakin vaginanın cərrahi daraltması, xüsusilə çətin doğuşlarda və epizyotomiya izi olan qadınlarda daha yaxşı nəticə verir.

Lazerlə Vaginal Daraltma necə icra olunur?

Lazerlə Vaginal Daraltma proseduru heç bir anesteziya tələb etmədən 15-20 dəqiqədə bir ginekoloji müayinəsi vəziyyətində aparılır. Tamamilə ağrısız bir prosedurdur. Prosedur zamanı vaginada bir qədər yanma, sancma və istilik artımı hiss edilə bilər.

Lazerlə Vaginal Daraltmadan sonra nələr yaşanır?

Lazerlə Vaginal Daraltma ağrısız bir əməliyyat olduğundan prosedurdan dərhal sonra normal həyatınıza davam edə bilərsiniz. Eyni gündə çimməyin heç bir ziyanı yoxdur. Prosedurdan sonra yüngül, bir qədər qanlı axıntı 1 həftə və 5 gün ərzində görülə bilər. Prosedurdan sonra 5-ci gündən etibarən cinsi əlaqəyə girməyin heç bir ziyanı yoxdur.

Lazerlə Vaginal Daraltma zamanı lazerlə digər genital estetik əməliyyatlar edilə bilərmi?

Bəli, Lazerlə Vaginal Daraltma seansı ilə birlikdə cinsiyyət orqanının ağardılması, kiçik dodaqların estetik əməliyyatı (labioplastika), xarici dodaqların sıxılması kimi əməliyyatlar da edilə bilər.

Lazerlə Vaginal Daraltma neçə dəfə təkrarlanmalıdır?

Yaxşı nəticələr əldə etmək üçün ayda bir defe olmaqla 3 seans tövsiyə olunur. İnsandan insana dəyişsə də, bu tətbiqetmə hətta 3-4 seansa qədər gedə bilər. Tətbiqin təxminən 2 ildən bir təkrarlanması tövsiyə olunur.