Labioplastika əməliyyatı nədir? Cinsiyyət dodaqlarının plastikası

image

Labioplastika əməliyyatı nədir? Cinsiyyət dodaqlarının plastikası

LABİOPLASTİKA ƏMƏLİYYATI NƏDİR?

Labioplastika qısaca olaraq vaginanın böyük dodaqları olaraq bilinən labia major və onun altında yerləşən kiçik dodaqların (labia minor) estetik görünüşə salınması əməliyyatıdır. Daxili kiçik dodaqlar yağ və tük hüceyrəsi olmayan, böyük cinsiyyət dodaqları ilə örtüldüyü üçün kənardan görünməyən, qan damarları və sinirlərlə zəngin və daima nəmli nahiyələrdir. Onların sayı 2 ədəddirlər və qatlanaraq klitorun üzərində birləşirlər. Anatomik olaraq xarici cinsiyyət dodaqları daxili dodaqların üzərini örtürlər və məhz bu səbəbdən daxili cinsiyyət dodaqlar kənardan görünmürlər.

Labioplastika deyildiyində əsasən anlaşılan xarici cinsiyyət dodaqları ilə yanaşı daxili cinsiyyət dodaqları ilə bağlı qüsurların da aradan qaldırılması nəzərdə tutulur. Labia minorun müxtəlif səbəblərə bağlı olaraq normadan böyük olması və ya genişlənməsi ən çox rast gəlinən estetik problemlərdəndir. Labioplastika əməliyyatı ilə hədsiz böyümüş və sallanmış daxili dodaqlardakı artıq hissələr mütəxəssis həkim tərəfindən götürülərək labiumlar yenidən şəkilləndirilir.

NƏ ZAMAN LABİOPLASTİKA GÖSTƏRİŞDİR?

Estetik ginekologiyaya tələb həm həkimlər, həm də pasiyentlər arasında gün keçdikcə artmaqdadır. Labioplastika günümüzdə ən çox rast gəlinən genital estetik əməliyyatdır. Tibbi zərurət gətirəcək dərəcədə xarici cinsiyyət dodaqlarının böyüməsi (hipertrofiyası) istisna olunmaqla, hansı hallarda bu əməliyyatın icra olunmasına göstərişlər hal-hazırda hazırlanmamışdır. Genital estetik əməliyyat seçimi edən pasiyentlər başda estetik narahatlıq və cinsəl doyumda azalmanın olmasına bağlı olaraq bu əməliyyatın icra olunmasını istədiklərini söyləyirlər.

Daxili cinsiyyət dodaqlarının hipertrofiyası (hədsiz dərəcədə böyüməsi) müalicəyə rəğmən təkrarlanan vaginal və sidik yolu infeksiyalara, irritasiyaya və ağrılı cinsi əlaqəyə və hərəkətlərdə məhdudlaşmaya səbəb olduğu hallarda labioplastika tibbi bir məcburiyyət olaraq qəbul edilməkdədir.

CİNSİYYƏT DODAQLARININ GÖRÜNÜŞÜ NİYƏ POZULUR?

Struktur olaraq normal böyüklükdə olan daxili cinsiyyət dodaqları çox sayda doğumdan, təbii doğuş zamanı travmalardan, menopauzaya bağlı hormonal dəyişikliklərdən, sürətli çəki alıb vermə və başqa səbəblərdən genişlənə və buna görə də xarici cinsiyyət dodaqları tərəfindən tamamilə örtülə bilməyəcək hala gələ bilirlər. Heç doğuş etməmiş və anadan olandan daxili labia minoru normal ölçülərdə olan qadınlarda da yaşın irəliləməsilə birgə dərialtı yağ toxumasında azalmaya bağlı olaraq sallanmalar görülə bilər. Bəzi qadınlarda isə vaginanın daxili dodaqlarından biri və ya hər ikisi struktur olaraq normaldan böyük olub asimmetrik bir görünüm təşkil edə bilirlər (genetik).

Hər hansı səbəblə olursa olsun sallanmalar qəbul edilə bilən ölçünü keçdikdə estetik baxımdan xoş olmayan görüntü yaradaraq şəxsin özünü narahat hiss etməsinə və özünəinamını itirməsinə səbəb ola bilər. Belə hallar yaşam keyfiyyətinə də mənfi təsir edir. Məsələn, daxili cinsiyyət dodaqlarındakı sallanma çimərlik geyimləri və ya dar paltarlar geyinməyə mane ola bilər. Əsasən də, fiziki görünüşün ön planda olduğu idman növlərində və səhnə ilə bağlı sənətlərdə çalışan xanımların iş həyatına müəyyən təsirlər göstərə bilər.

LABİOPLASTİKA NECƏ VƏ HARADA İCRA EDİLİR?

Labioplastika sadəcə mütəxəssis həkim tərəfindən və xəstəxana ortamında edilməsi gərəkli, sterilizasiyanın önəmli olduğu bir əməliyyat növüdür. İlk öncə labioplastika üçün uyğun namizəd olub-olmadığınız həkim tərəfindən dəyərləndirilir. Uyğun olduğunuz halda həkiminiz əməliyyatın detalları və prosedur sonrası edilməsi vacib məsələlər haqqında sizi bilgiləndirəcəkdir. Ümumən yerli anesteziya altında icra olunsa da, pasiyentə müvafiq olaraq ümumi anesteziya da tətbiq oluna bilər. Əməliyyatın müddəti xəstədən xəstəyə dəyişməklə bərabər ortalama 30-60 dəqiqədir. Müdaxilə zamanı anesteziya icra olunduğu üçün pasiyent heç bir ağrı hiss etməməkdədir.

ƏMƏLİYYAT SONRASI SİZİ NƏLƏR GÖZLƏYİR?

Əməliyyat sonrası komplikasiyalar ümumən görülməz. İnfeksiya, toxuma zədələnməsi, qanama kimi hallar bütün cərrahi müdaxilələrdə görülən əlavə hallardır. Bu səbəbdən labioplastika mütləq mütəxəssis həkim tərəfindən, steril şərtlər daxilində və gərəkli ləvazimata sahib xəstəxana şəraitində icra olunmalıdır.

Əməliyyat sonrası qanama görülməsi gözlənilmir, nadirən sadəcə tikiş xətlərində sızıntı şəklində və ləkələnmə tərzində çox yüngül bir qanama görülə bilər. Həmçinin əməliyyatdan sonrakı ilk günlərdə vulvada ödem səbəbindən şiş, qızarmış və həssas ola bilər. Həkimin tövsiyə etdiyi formada soyuq kompres istifadəsi ödemin aradan qaldırılmasına kömək olacaqdır. Labiumlar qan dövranı baxımından zəngin nahiyələr olduqları üçün yaranın sağalması da olduqca sürətli baş verir.

Əməliyyat nahiyəsindəki tikişlər tikiş materialının növünə görə 10-15 gün içərisində sorulur və ya düşürlər. Prosedur sonrası ağrı ola bilər və bu zaman da həkim təyinatı ilə ağrıkəsici qəbul edə bilərsiniz. Xəstədən xəstəyə dəyişsə də, ümumən bir neçə gün sonra işinizə geri dönə bilərsiniz. Tamamən yaxşılaşma isə normal şərtlər daxilində 30 günə baş verir.

Yaxşılaşma dövrü ərzində gigiyenik qaydalara mütləq şəkildə riayət edilməli, sarğılar həkimin təyin etdiyi sıxlıqla icra olunmalı, yoqa, pilates kimi müvafiq nahiyəni gərə biləcək hərəkətlərdən qaçınılmalı, at, velosiped sürməkdən imtina edilməlidir. İnfeksiya riskinin qarşısını almaq üçün bu müddət ərzində hovuza, hamama, dənizə, jakuziyə girilməməli, ayaqda duş alınmalıdır. Tam yaxşılaşana qədər (4 həftə) cinsi əlaqədən qaçınılmalıdır. Həmçinin bu ərəfələrdə epilyasiya kimi müdaxilələr də aparılmamalıdır.

LABİOPLASTİKA HAQQINDA ƏN ÇOX SORUŞULAN SUALLAR

  • Labioplastika doğuşa maneədirmi?

Bu əməliyyat doğum kanalına aid bir prosedur deyildir, təbii doğum və ya keysəriyyə əməliyyatları üçün əks göstəriş sayılmır.

  • Əməliyyatdan sonra tikiş izləri qalırmı?

Mütəxəssis həkim tərəfindən icra olunmuşsa, əməliyyat sonrası heç bir tikiş izi qalmaz və belə bir prosedurdan keçdiyiniz belə bəlli olmaz.

  • Labioplastika sonrası daxili cinsiyyət dodaqlarında yenidən sallanmalar ola bilərmi?

Artıq hissənin götürüldüyü nahiyədə yenidən toxuma böyüməsi və sallanması görülməz.

  • Əməliyyat üçün yaş məhdudiyyəti varmı?

Hər hansı bir yaş məhdudiyyəti yoxdur, daxili dodaqlardakı sallanmalar səbəbindən yaşam keyfiyyəti pozulmuş və tibbi məcburiyyət gərəkdirən hallarda prosedur icra oluna bilər. Labioplastika 18 yaşına çatmış, evli və ya subay, doğuş etmiş və ya etməmiş hər yaşda xanıma tətbiq edilə bilər.